“Qızıl top”a namizədlər açıqlandı — Messi siyahıda yoxdur

“Qızıl top”a namizədlər açıqlandı

France Football” jurnalı “Qızıl top”a namizədlərin adını açıqlayıb.

“Ölkə.Az” oxu.az-a istinadən xəbər verir ki, ilk beşlikdə “Liverpul”un hücumçusu Sadio Mane, “Mançester Siti”nin forvardı Serxio Aquero, “Barselona”nın yarımmüdafiəçisi Frenki de Yonq, “Tottenhem”in qapıçısı Uqo Loris və “Ayaks”ın futbolçusu Duşan Tadiç yer alıblar.

İkinci beşliyə Kilyan Mbappe (PSJ), Trent Aleksander-Arnold (“Liverpul”), Donne van de Bek (“Ayaks”), Pyer-Emerik Obameyanq (“Arsenal”) və Mark-Andre ter Şteqen (“Barselona”) daxildirlər.

Üçüncü beşlikdə isə Kriştiano Ronaldu (“Yuventus”), Alisson (“Liverpul”), Matteys de Liqt (“Yuventus”), Kərim Benzema (“Real Madrid”) və Corcinyo Vaynaldum (“Liverpul”) qərarlaşıblar.

Dördüncü beşlik bu futbolçulardan ibarətdir: Vircil van Dayk (“Liverpul”), Bernardu Silva (“Mançester Siti”), Son Hin Min (“Tottenhem”), Robert Levandovski (“Bavariya”), Roberto Firmino (“Liverpul”).

Qeyd edək ki, siyahıya yeni adların əlavə olunacağı gözlənilir.

Mükafatın təqdimetmə mərasimi dekabrın 2-də Parisdə Şatle teatrında keçiriləcək.






Fikirlər