Azərbaycanlı milyarderin şirkəti Rusiyada 2-ci, dünyada 6-cı YERİ TUTDU

Azərbaycan mənşəli iş adamı, milyarder Vahid Ələkbərovun prezidenti olduğu “Lukoyl” şirkəti dünyanın ən iri 250 energetik şirkəti arasında 6-cı pillədə qərarlaşıb.

Modern.az xəbər verir ki, şirkət 2015-ci ildə 85,45 milyard dollar məbləğində neft-qaz məhsulu satıb. Bu ticarət sövdələşmələrindən qalana xalis gəlir isə 4,33 milyard dollar təşkil edib.

Digər tərəfdən, Rusiyanın ən böyük 500 şirkətinin siyahısı dərc olunub. Bu siyahıda isə Vahid Ələkbərovun şirkəti 5,174 milyard rublluq satış dövriyyəsi və 293 milyard rubl xalis gəliri ilə 2-ci pillədƏ qərar tutub. İlk pillədə digər neft-qaz nəhəngi “Qazprom” şirkətidir.

Vahid Ələkbərov 12,3 milyard dollar sərvətlə Rusiyanın 6-cı ən zəngin iş adamıdır. O 1950-ci il sentyaBrın 1-də Bakı şəhərində andan olub.

 

 






Fikirlər