“Palata banklara xəbərdarlıq etməlidir” – ƏKRƏM HƏSƏNOV

ekrem

Bank sektoru üzrə mütəxəssis, hüquqşünas Əkrəm Həsənov Maliyyə Bazarlarına Nəzarət Palatasına (MBNP) müraciət edib.

“Report” xəbər verir ki, o, bu barədə özü məlumat verib.

Ə.Həsənovun sözlərinə görə, indiyə qədər banklar kollektor agentlikləri ilə əməkdaşlıq edib və bunu onunla əsaslandırmağa çalışıblar ki, guya borclular haqda məlumatı kollektorlara məhkəmə prosesində təmsilçilik üçün verirlər: “Reallıqda isə kollektorlar insanlara hədə-qorxu gəlir və digər yollarla təzyiq edirlər. Lakin məlum olduğu kimi, qanunvericiliyə edilmiş son dəyişikliklərə əsasən, 1 yanvar 2018-ci il tarixindən etibarən bankları məhkəmələrdə yalnız işçiləri və vəkillər təmsil edə bilər. Deməli, borclular haqda məlumat artıq heç bir halda digər üçüncü şəxslərə, o cümlədən kollektorlara ötürülə bilməz. Buna görə də palatadan banklara bu barədə preventiv qaydada xəbərdarlıq etməyi xahiş etmişəm. Bu, ilk növbədə bankların özünə lazımdır. Əks halda, bank sirrini pozduqlarına görə yeni ildə çoxsaylı məhkəmə iddiaları, habelə Palatanın sanksiyaları ilə üzləşə və nəticədə maddi zərərə məruz qala bilərlər. Bu da bankların vəziyyətini daha da ağırlaşdıra bilər”.
Hüquqşünas həmşinin qeyd edib ki, kollektorların borclulara zəng etmək, onları harasa dəvət etmək və s. hüququ yoxdur: “Belə halla rastlaşanda polisə şikayət edin. Yalnız bankın zənglərinə cavab verin, yalnız bank ofislərinə gedin (bütün bunlar da könüllüdür, məcburi deyil). Qorxmayın, çəkinməyin. Kollektorların qanunsuz fəaliyyətinə rəvac verən məhz sizin qorxu hissinizdir. Yeni ildən başlayaraq isə sizə borcla bağlı bank işçisi və yaxud vəkil olmayan şəxs zəng etsə, bankı dərhal məhkəməyə verib bank sirrinin pozulmasına görə təzminat tələb edin”.

 






Fikirlər

Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəngin seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoylerin yerləşdirməsi