Qatarlara bilet satışında dəyişiklik edildi

Azərbaycan daxilində hərəkət edən qatarlara bilet satışı qaydalarına dəyişiklik edilib.

 Bu bardə "AzerTaym.az"-a “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat katibliyindən məlumat verilib.

 Yeni qaydaya əsasən, sərnişinlər biletləri qatarların yola düşməsinə 10 gün deyil, 30 gün qalmış əldə edə biləcəklər:

 “Dəyişiklik bilet satışının təkmilləşdirilməsi, sərnişinlərin biletləri daha rahat və tez almasını təmin etməyə xidmət göstərir. Bilet satışında yeni qayda yanvarın 23-dən tətbiq olunacaq”.






Fikirlər