“AS Group” şirkəti Vətən Müharibəsindən qayıdan əməkdaşları ilə GÖRÜŞDÜ...

“AS Group” şirkəti Vətən Müharibəsindən qayıdan əməkdaşları ilə görüşdü

Dövlətimiz Vətən Müharibəsinə başladığı gündən “AS Group” şirkətinin də 21 əməkdaşı qismən səfərbərliyə cəlb olunmuşdu. Vətən qarşısında borclarını şərəflə ödəyərək qayıdan həmin əməkdaşlarla görüşən şirkət rəhbərliyi onlara qazandığımız zəfər üçün təşəkkürünü bildirib.

“AS Group”un Vətən Müharibəsində iştirak edən əməkdaşlarından Cəlilabad rayon sakini Məmmədov Rəvan İntiqam oğlu və Yevlax şəhər sakini Məmmədov Yusif Vaqif oğlu Füzuli uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərərək şəhid olublar.

Şirkətin digər iki əməkdaşı Şöhrətzadə Abbas Əliyar oğlu və Cavadzadə Cavad Elşad oğlu Füzuli, Cəbrayıl, Laçın və Şuşanın azad edilməsi uğrunda döyüşlərdə qəhrəmanlıq göstərmiş, yaralanaraq Vətən Müharibəsi qaziləri olublar.

“AS Group” şirkətinin İkinci Qarabağ Müharibəsində iştirak edən əməkdaşlarının bir qismi Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə “Füzulinin azad edilməsinə görə”, “Xocəvəndin azad edilməsinə görə”, “Cəsur döyüşçü”, “Vətən uğrunda” medalları ilə təltif olunublar.

Hər şey Vətən üçün!           

 





 






Fikirlər