Dövlət rüsumlarının artırılmasının mənzil bazarına təsiri (ŞƏRH)

Dövlət rüsumlarının artırılmasının mənzil bazarına təsiri (ŞƏRH)

"Bütün bu göstəricilər yerli tikinti materialları istehsalı müəssisələrində də məhsulların istehsal xərclərinin artmasına gətirib çıxaracaq".
 
Bunu Qaynarinfo-ya əmlak məsələləri üzrə ekspert Mirdamət Əzizov dövlət rüsumlarının artmasının mənzil bazarına təsirindən danışarkən deyib.
 
Onun sözlərinə görə, rüsumun artırılması yeni tikilən binalarda qiymət artımına səbəb olacaq:
"Bildiyiniz kimi, dövlət rüsumunun artması bir başa istehlak bazarına, eləcə də, ümumilikdə iqtisadiyyata təsir edir. Rüsum qiymətinin artımı istehsal müəssisələrində məhsulun istehsal xərclərinin artmasına səbəb olur. Və bu xərclər məhsulun maya dəyərinə əlavə olunur. Bütün bu göstəricilər yerli tikinti materialları istehsalı müəssisələrində də məhsulların istehsal xərclərinin artmasına gətirib çıxaracaq. Sonda yeni tikilən binalarda qiymət artımına səbəb olacaq. Ümumiyyətlə, əmlak bazarında qiymət artımı gözlənilir. Bu, həm də daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı sənədlərin verilməsi üçün tutulan dövlət rüsumunun məbləğinin də artırılması ilə əlaqədardır. Belə ki, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının (o cümlədən vərəsəlik nəticəsində əldə edilmiş hüquqların) dövlət qeydiyyatına alınması barədə çıxarışın verilməsi - 30 manatdan 50 manata, daşınmaz əmlaka dair texniki sənədlərin (pasport və plan ölçü) verilməsi - 50 manatdan 75 manata qaldırılır".






Fikirlər