01.10.2014 - Bakıda oğru dəstəsi yaxalandı

01.10.2014 - Bakıda oğru dəstəsi yaxalandıPaytaxtda cibgirlik və oğurluqla məşğul olan dəstə üzvləri saxlanılıb.

Bakı Şəhər Baş Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, əməliyyat Nəsimi Rayon Polis İdarəsi 22-ci polis bölməsinin əməkdaşları tərəfindən keçirilib.

Əməliyyat tədbirləri nəticəsində, cibgirlikdə şübhəli bilinərək yaxalanan əvvəllər məhkum olunmuşlar - İltifat Ağabalayevin, Mahir Bədəlovun, Məhəmməd Bağırovun və Bisuddin Süleymanovun hər birindən 10 qramdan artıq tiryək aşkar edilərək götürülüb.

Məlum olub ki, onlar sentyabrın 17-də 28 May küçəsində yerləşən, Aygün Hacılıya məxsus ofisdən noutbuk, sentyabrın 27-də həmin küçədəki mebel mağazasında İlqar Niftəliyevin mobil telefonunu masanın üzərindən, pencəyinin cibindən isə içərisində şəxsiyyət vəsiqəsi, sosial və bankomat kartları olan pul kisəsini, sentyabrın 29-da Puşkin küçəsində yerləşən mağazada Gülxara Niftiyevanın və Azadlıq prospektində yerləşən ticarət mərkəzində Ruhiyyə Aydınovanın əl çantalarından mobil telefonlar oğurlayıblar.

Faktla bağlı araşdırma aparılır.






Fikirlər