Azərbaycanda eyni həbsxanada cəza çəkən ata-oğul (VİDEO)

Azərbaycanda eyni həbsxanada cəza çəkən ata-oğul (VİDEO)

ARB TV-nin “Rezonans” verilişində bu dəfə ata və oğulun həbsxana xatirələri təqdim olunub.

Adil Əliyev (cəzası 13 il): “Ticarətlə məşğul idim. İrana gedib-gəlirdim. Narkotiklə tutulmuşam. Bir oğlum var o da mənim kimi oldu. 3 ay idi evlənmişdi. Nəvəm də var. Həyatları korlandı. Həm nəvə həsrətindəyəm, həm də ailəmin. Mənim başımda ağ tük yox idi. Oğlum bura gələndən sonra saçım ağardı. Çox pis təsir edir. Qızlarımın toyunu görə bilmədim. Tezliklə buradan çıxacağam. Artıq əlimin sənəti var. Nəvəmə imkan vermərəm ki, yolumla getsin. Bura elə yerdir ki, burada həyatı anlayırsan. Daha bir də bura düşməyəcəm”.

Amid Əliyev (cəzası 11 il): “Bizim bir qohum gecə zəng vurdu ki, gəl qabağıma. Mən də taksi şoferi işləyirdim. Bu da İrandan gəlirmiş və üzərində narkotik gətirirmiş. Gələndə bizi tutdular. Hər gün atamı gördükcə ölüb yerə girirəm. Onun başını mən ağartdım. Gecələr arada durub görürəm ki, atam yatmır oturub siqaret çəkir. 3-4 il qabaqkı fikrim olsaydı, yenə deyərdim ki, narkotik satacam. Amma indi o fikrim yoxdur. Atam məni çox istəyirdi. Birinci sinifə gedəndə atam mənə xarici maşın almışdı ki, məktəbə maşınla gedim. Biləsuvarda o vaxt 2 adamda ya vardı, ya da yox idi o maşından. Bir daha narkotik satmayacam və pis işlərdən uzaq olacam”.

 

 






Fikirlər

Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəngin seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoylerin yerləşdirməsi