Həbsxanaya narkotik keçirmək istəyən şəxs tutuldu

Azərbaycanda istintaq təcridxanasına heroin keçirmək istəyən şəxs tutulub.
 
Ədliyyə Nazirliyi Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, xidmət əməkdaşları tərəfindən həyata keçirilən axtarış-baxış tədbirləri nəticəsində 3 saylı İstintaq Təcridxanasında saxlanılan, Cinayət Məcəlləsinin 234.1-ci (nakotik vasitələrin qanunsuz dövriyyəsi) maddəsi ilə həbs olunmuş Babaşov Şahmar Əlihüseyn oğlunun yanına qısamüddətli görüşə gələn dostu, Bakı şəhər sakini vətəndaş Dəmirov Tural Əsgər oğlunun gətirdiyi sovqata və üzərinə keçirilən baxış zamanı əynində olan şalvarının sağ yan cibindən sellofana bükülərək gizlədilmiş, xalis çəkisi 0.718 qram olan heroin, eləcə də sovqatda olan bişirilmiş toyuğun içərisindən sellofan paketə bükülərək gizlədilmiş narkotik vasitələr - xalis çəkisi 1 qram olan heroin və xalis çəkisi 1.097 qram olan tiryək aşkar edilərək götürülüb. 
 
Toplanmış materiallar hüquqi qiymət verilməsi məqsədi ilə Xəzər Rayon Polis İdarəsinə göndərilib.(Azərtaym.az)






Fikirlər