"Həyatın, insanların etibarsızlığı MƏNİ O qədər sarsıdır ki... “


"Deyəsən, ciddi depressiyadayam. Başımı dik tutub, həyata inad yenə də yaşamağa davam edirəm.

Amma həyatın, insanların etibarsızlığı məni o qədər sarsıdır ki... ".

 AzerTaym.az Axşam.az-a istinadən məlumatına görə, bu sözləri prodüser Təranə Səmədova yazıb. 
O bildirib ki, son günlər qarşılaşdığı etibarsızlıqlardan, haqqında yayılan dedi-qodulardan depressiyaya düşüb:
"Adamlara yenə də güvənmək, sevmək, sevilmək, demək, gülmək, əylənmək, doğmalarıma dəyər vermək istəyirəm. Sevdiklərimə verdiyim qiymətin müqabilində özümün də onlar üçün qiymətli olduğumu hiss etmək mənim də haqqımdır. Pis niyyətli insanlar, yerimizdə olmaq istəyənlər, pislik etmək istəyənlər, paxıllıqdan bağrı çatlayanar, Allah xatirinə bir az uzaq olun. Bir az da özünüzlə məşğul olun. İnanın bu qədər hücumların qarşısında ancaq qalxanımla özümü müdafiə etməyə gücüm yetir. Bir az aralaşsanız, nəfəs almağıma da imkan yaranardı. 

Son günlərdə baş verən, mənim üçün çox vacib olan bir-iki müəyyən hadisələr məni bir daha dərindən hər şeyi düşünməyə vadar etdi. Dedi-qodularınızı, pis nəfəsinizi uzaqlaşdırsanız, bəlkə, mən də müəyyən qərarlar verə bilərəm. İnsan yenidən inanmasa, sevməsə, yaşaya bilməz. Hələ də yaradıcı insan”.

 

 






Fikirlər