25.04.2014. - 100 minlik avtomobili ilə qəza keçirən müğənni (VİDEO)

25.04.2014. -  100 minlik avtomobili ilə qəza keçirən müğənni (VİDEO)"Baş verənlərə görə böyük stress keçirmişəm".

Müğənni Şəbnəm Əsədova (Tovuzlu) yol qəzasına uğrayıb.

İfaçı idarə etdiyi "Dodge Drango" markalı avtomobillə, metronun Nərimanov stansiyası yaxınlığında, evə qayıdarkən qəflətən idarəetməni itirməsi nəticəsində, yol qəzası keçirib.

Hər iki avtomobilə qəza nəticəsində ciddi ziyan dəyib. Qəzada kimin günahı olub-olmadığı, polis tərəfindən araşdırılır.

Qarşı tərəfin avtomobilinin markasını açıqlamaq istəməyən ifaçı bildirib ki, ciddi xəsarət almasam da, baş verənlərə görə böyük stress keçirmişəm.

Qeyd edək ki,Şəbnəm Əsədova (Tovuzlu) "Sevənlər ölməz" mahnısıyla məşhurlaşıb.







Fikirlər