“İlahi ədalət öz yerini tapacaq...” - Tatlısesdən Zərrab açıqlaması

““İlahi ədalət öz yerini tapacaq...” - Tatlısesdən Zərrab açıqlaması

Məşhur müğənni İbrahim Tatlıses ABŞ-da həbsdə olan Rza Zərraba dəstək olub.

Qafqazinfo” xəbər verir ki, türkiyəli sənətçi son zamanlar ölkə gündəmi ilə bağlı sosial şəbəkədə paylaşımlar edir.

Tatlıses bu dəfə isə R. Zərrab barədə öz fikirlərini bölüşüb.

İfaçı Rza Zərrabın günahsız olduğunu qeyd edib:

“Mən sizə heç vaxt yalan danışmamışam.İndi də yalan danışmayacam. Sizlərdən doğrunu öyrəndim, kəlləm getsə belə yalan demərəm. 17-25 dekabr tarixində Rza qardaşıma oğru dedilər. Mən də “o oğrudursa, mən də oğruyam dedim”. Nəticədə mənim dediyim çıxdı.

Deməli, məsələ tək-tək həll edilir. Demək ki, sizin İbonuz yalan danışmır. Günahsız olduğu haldaABŞ-dakı həbsxanada yatır. İlahi ədalət gec və ya tez öz yerini tapacaq. Mən Allahin bir olduğuna inandığım kimi buna da inanıram, Allah böyükdür”.

 

“İlahi ədalət öz yerini tapacaq...” - Tatlısesdən Zərrab açıqlaması

 






Fikirlər