“Ağzını-burnunu qırmağa gəlmişəm, QARDAŞ!”

““Ağzını-burnunu qırmağa gəlmişəm, qardaş!”

Ötən gün “Receb İvedik 5” filminin fraqmanı yayımlanıb. 

Qafqazinfo” xəbər verir ki, ekran işinin tanıdım videosu sosial şəbəkə istifadəçilərinin marağına səbəb olub.

Komediya janrında çəkilən filmdə Azərbaycanla bağlı mövzuya toxunulub.

Receb obrazını canlandıran Şahan Gökbakar rinqdə həmyerlimiz ilə qarşılaşır və qalib olmaq üçün mübarizə aparır.

Onun Azərbaycan dilində danışması isə diqqətdən yayınmayıb.

Xatırladaq ki, filmin Türkiyədə təqdimatı fevralın 16-da baş tutacaq.

 

 






Fikirlər