TÜRÜKYƏNİN tanınmış AKTRİSALARI Bakıda – FOTO

Türkiyənin tanınmış aktrisaları Bakıda – FOTO

Dünən Bakıda 3-cü “Türk Filmləri Həftəsi”nə start verilib.

Publika.az xəbər verir ki, Nizami Kino Mərkəzində baş tutacan rəsmi açılış mərasimində Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, Türkiyə prezidentinin baş məsləhətçisi Yalçın Topçu, “Yerli Düşüncə Dərnəyi”nin rəhbəri Metin Gündoğdu, eləcə də festivalın baş koordinatoru Öner Kılıç çıxış ediblər.

Festivalın açılış mərasiminə qatılanlar sırasında millət vəkili Qənirə Paşayeva, bəstəkar Nailə Mirməmmədli, Əməkdar artistlər Naibə Allahverdiyeva, Naina İbrahimova, İlqar Cahangir, aktyorlar Zaur Şəfiyev, Qorqud Cəfər, aktrisalar Günay Əhməd, Zarina Qurbanova və başqaları iştirak edib.

Açılışa qatılan hər iki ölkənin rəsmiləri çıxış edərək “Ortaq mədəniyyət, ortaq kino” şüarı ilə hazırlanan festivalın Türkiyə filmlərinin Azərbaycanda, Azərbaycan istehsalı olan ekran işlərinin Türkiyədə geniş şəkildə təbliğinin əsas hədəfləri olduğunu bildiriblər.

Gecədə Türkiyədən gələn “Hayat devam ediyor” serialı ilə tanınan aktrisa Meltem Miraloğlu, “Beni affet” serialının baş qəhrəmanı aktrisa Qaye Turqut, “Bez bebek” serialının “Joker”i aktyor Mehmet Usta mükafat alıb.

Açılış mərasimindən sonra türkiyəli rejissor Caner Erzincanın “Yeni dünya” filmi nümayiş olunub.

Qeyd edək ki, 3-cü “Türk Filmləri Həftəsi” Türkiyənin “Yerli Düşüncə Dərnəyi”nin təşkilatçılığı, Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin Kino idarəsi və Türkiyənin Azərbaycandakı Səfirliyinin Mədəniyyət və Tanıtma Müşavirliyinin dəstəyi ilə həyata keçirilir.






Fikirlər