Oğlu Brilliantı özündən çıxardı - “TƏRBİYƏSİZ...”

Oğlu Brilliantı özündən çıxardı

Xalq artisti Brilliant Dadaşovanın oğlu Cahad Hacıyevin instaqramda paylaşdığı video müzakirələrə səbəb olub.

“Qafqazinfo” xəbər verir ki, o, motosiklet sürməyini lentə alaraq rəsmi səhifəsində paylaşıb. 

Cahad təhlükəlii görüntülərinə “Zolaqlı xətlərlə oynamaq” rəyini yazıb.  Cahadın bu paylaşımına anası B. Dadaşova da reaksiya verib və əsəbiləşdiyini bildirib:“Tərbiyəsiz, sən mənə söz vermişdin. Gəlib o motosikleti yox edərəm. Məni qara siyahıya atsan, təyyarəyə minib ora gələcəm. Başıma ağrı girdi, sənə göstərəcəm. Telefonlarıma cavab ver, yoxsa hər şeyi burada yazacam”.Hacıyev isə anasına telefondan istifadə qaydalarını öyrətdiyinə görə peşman olduğunu bildirib. 

 






Fikirlər