Manaf Ağayev qaraciyərini bacısına bağışlayır

Manaf Ağayev qaraciyərini bacısına bağışlayırMüğənni Manaf Ağayev əməliyyata hazırlaşır.

Axşam.az-ın məlumatına görə, ifaçı qaraciyərini bacısına bağışlayacaq. M.Ağayev bu haqda “Öz aramızda” verilişində deyib:

“İstəmirdim bu məsələ haqda danışılsın. Buna görə insanlardan yardım istəmirəm. Özüm başqalarına kömək edirəm. Bunu başqası yox, mən etməliydim. Onun üçün canımı da verməliyəm. Şərəf duyaram ki, bacım üçün öldüm. Bunu 3 gün əvvəl öyrəndim. Bilmirdim ki, donor mütləq ailədən olmalıdır. Evdə deyirlər, biz əməliyyata girək. Sən çörək verənimizsən, nəslə lazımsan. Biz mehriban bacı-qardaşlarıq”.

İfaçının qaraciyər serrozundan əziyyət çəkən bacısı Türkiyədə əməliyyat olunacaq.






Fikirlər