AZƏRBAYCANLI MÜĞƏNNİ İNTİHAR edən GƏNCLƏRİMİZDƏN bunu paylaşdı - FOTO

Azərbaycanlı müğənni intihar edən gənclərimizdən bunu paylaşdı - FOTO

Son iki gündə iki gənc abituriyent imtahanından sonra intihar edib.

AzerTaym.az xəbər verir ki, bu intiharlarla bağlı əməkdar artist Nüşabə Ələsgərli ürəyinin parçalandığını deyib.

"Axı bu nədir? Ay gözəl balalar, bu gün olmaz gələn il olar. Dünyanın sonu deyil ki? Səbr gözəldi. Bu gün daxil olub oxuyanların da içində başqa bir sahədə işləyənlər var. Etməyin belə. Valideynləriniz yazıqdır. Allaha da xoş getməz. Axı hələ nə yaşınız var ki? 6 il ard-arda Tibb Universitetindən kəsilən tanışlarım var idi, axır ki daxil oldular", - deyərək müğənni əlavə edib.

 






Fikirlər