Elnarə Abdullayevadan ETİRAF: "Keçmişimdən utanmıram, bostandan çıxıb, TOYA QAÇIRDIQ

Əməkdar artist Elnarə Abdullayevanın Milli.Az-a müsahibəsi.

- Elnarə xanım, kənd qızı şəhər həyatına necə alışdı?

- Kənd qızı şəhər həyatına alışmayıb ki (gülür). Necə var idi, elə də qalıb. Yaşadığım həyətdə kənd ab-havası yaratmışam.

- Məşhurların əksəriyyəti hündürmərtəbəli binalarda yaşayır. Həyət evində yaşamaq öz istəyiniz idi, yoxsa buna məcbur oldunuz?

- Mən bina evində yaşaya bilmərəm. Bir dəfə getdik bina evi almağa, yarıyoldan qayıtdıq. Mərtəbələri çıxanda başım gicəlləndi.

- Keçmişi tez-tez düşünürsünüz?

- Hər insan keçmişinə rahat baxa bilmir. Oğul axtarıram ki, keçmişinə baxıb, səhvlərini görməsin. Mən keçmişə rahat baxıram.

- Heç səhviniz olmayıb?

- Xeyr, heç vaxt!

- Axı səhvsiz insan olmur...

- Həyatımda məni utandıran səhvlər olmayıb. Mən doğulandan elə qoca olmuşam, cavan olmamışam.

- Bəzən deyirlər ki, Elnarə xanım kişi kimi qadındır. Bu söz sizə pis təsir etmir ki?

- Hər bir qadın kişi kimi görünə bilər, amma o hər şeydən öncə zərif qadındır, anadır. Mən kişi işini də görərəm, qadın işini də. O vaxt olsaydı, yəqin ki, Həcər kimi at belində olardım.

- Müsahibələrinizin birində demisiniz ki, bir geyimi dəfələrlə geyinirəm.

- Bəli, yeri gələndə 50 dəfə geyinirəm. Niyə də geyinməyim ki? Gedim kimdən alım paltar? Mən geyimdən utanan insan deyiləm.

- Hansı illəriniz üçün daha çox darıxırsınız?

- Məktəb illərim, müəllimlərim üçün çox darıxıram. 9-cu sinifdə oxuyanda artıq tədbirlərdə, musiqi dərsində oxuyurdum. Kənd qızı idim, bostana da gedirdim, mal-qaraya da. Bəzən elə olurdu ki, bostandan çıxıb toya gedirdim. Bəziləri bunu deməyə utanır, amma mən keçmişimə görə heç vaxt utanmamışam. O günlər üçün çox darıxıram.

- Əksər müğənnilərin toydan əlavə biznesləri də olur. Bəs sizin necə, biznesiniz var?

- İstəyərdim, amma buna vaxtım yoxdur. Biznesim olsaydı, yaxşı təsərrüfatçı olardım. Əlimə götürdüyüm hər bir işi yarıdıram. Əgər sənətim olmasaydı, mən ticarətlə də məşğul ola bilərdim.

- Ailədə sizdən başqa kimin yanıqlı səsi var?

- Bizdə bütün ailənin yanıqlı səsi var. Həm atamın, həm anamın, bacılarımın, qardaşlarımın. İndi də bir-birimizin evinə yığışanda bacılarımla səs-səsə verib oxuyuruq. Görünür, müğənni olmaq mənim qismətimdə var imiş. Allah məni çox istədi ki, sənətimlə onların üzünü ağ etdim.

- Məşhurlaşmağınızda bəstəkar Asif Kərimovun də rolu olub. Neçə ildir ki, birgə çalışırsınız?

- Biz 15 ildir ki, birgə çalışırıq. İlk konsertimiz də 2015-ci ildə olub. Daha sonra 3 il ard-arda böyük saraylarda konsertlər verdik. 1995-1996-cı illərdə mən artıq məşhur idim. Sadəcə olaraq, ailə həyatımla bağlı sənətimə fasilə verdim, bir az unuduldum. Sənətə qayıdandan sonra yenidən Asif Kərimovla çalışdım və məşhurlaşdım.

- Çox əsəbi xanımsınız. Daha çox nəyə əsəbləşirsiniz?

- Mən, ümumiyyətlə, heç kimin qəlbinə dəyən insan deyiləm. Əsəbləşəndə hisslərimi cilovlaya bilirəm. Elə vaxt olur ki, çılğınlaşıram. Baxır da nəyə əsəbləşirəm. Haqsızlığa, saymamazlıqa, sözünün üstündə durmayan insanlara əsəbləşirəm.






Fikirlər

Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəngin seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoylerin yerləşdirməsi