"MAŞIN"da iştirak edəcəyi dəqiqləşən MƏŞHURLAR (SİYAHI)

"Maşın" realiti-şousunun başlamasına sayılı günlər qalıb.
Axşam.az bildirir ki, xalq artisti Murad Dadaşovun sahibi olduğu "M group production" hər zaman olduğu kimi yenə də iştirakçıların adını sirr saxlamağa çalışıb. Amma bir neçə gündür mediada yarışmaya qatılacaq tanınmışlardan bəzilərinin adları yayılıb.
Əldə etdiyimiz məlumata görə, "Maşın"ın 17-ci buraxılışında şairə Nazilə Səfərli də yer alacaq. Digər adının bəlli olduğu məşhur isə müğənni Mina Hüseyndir. O da avtomobil ətrafında dayanan 18 iştirakçıdan biri olacaq. 17-ci buraxılışda tamaşaçılar aparıcı Firuzə Cəlilovanı da (Fira) görə biləcəklər.
Bu, Mina və Nazilənin şouda ilk iştirakı olacaq. Fira isə artıq ikinci dəfə yarışmaya qatılacaq.
Qeyd edək ki, bundan əvvəl şouda iştirak edəcək iştirakçılardan əməkdar artist Rühəngiz Allahverdiyeva, aktyor Taleh Yüzbəyov, meyxanaçı Ələkbər Yasamallının adı mediada açıqlanmışdı.
Şou dekabrın 13-dən etibarən ATV kanalında yayımlanacaq.






Fikirlər

Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəngin seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoylerin yerləşdirməsi