PKK-nın hücumları Tatlısəsi coşdurdu...

PKK-nın hücumları Tatlısəsi coşdurdu...Türkiyənin məşhur müğənnisi İbrahim Tatlısəs son günlər baş verən terror hadisələrinə reaksiya verib.

Axar.az türk mətbuatına istinadən xəbər verir ki, bir oğlu əsgər, bir oğlu polis olan, üçüncü oğlu isə ötən günlərdə İŞİD-lə qarşıdurmada öldürülən YPG-çi Saleh Aygünün anasının şəkilini İnstaqram hesabından paylaşan Tatlısəs bunları yazıb:

“İndi bu qadın bunu deyir: “Bir oğlum polis, bir oğlum əsgər, bir oğlum da YPG-çi. İndi biri mənə bir şey desin! Mən bir ana olaraq hansına yanım”. Rəhmətlik Azər Bülbül belə demişdi: “Dəyirmanım tərs döndü, bu il bulğuramı yanım, unamı yanım? Mən də belə deyirəm: “Döyüşəmi yanım? Heç cür sülh gəlmir, onamı yanım?”






Fikirlər