Hamı onu izlədi (FOTO)

 

50304Dünya şöhrətli müğənnBeyons yenə görənləri heyran edib.

ANS PRESS-in məlumatına görə, bu dəfə gözəl müğənni dekoltesi ilə hamının diqqətini özünə cəlb edə bilib. 

İfaçı Las Veqasda həyat yoldaşı Jay Z ilə boks matçı izləməyə gedib. Amma görünüşə görə, mübarizəni izləyən ancaq onun əri olub. Belə ki, matça gələn bütün qonaqların diqqəti Beyonsda olub. Buna səbəb isə onun dərin dekolteli qara geyimi olub.

Maykl Kostello tərəfindən hazırlanban ipək geyim onun Nirvana kolleksiyasındandır.

Jay Z isə bütün diqqətini matça verdiyi üçün həyat yoldaşı ilə maraqlanmağı unudub. Həyat yoldaşını müşayiət etmək üçün boks izləməyə gələn Beyons isə gecə boyu darıxdığını açıq-aşkar hiss etdirib.


Beyonsun boks matçına geyindiyi geyim

Sentyabr ayında məşhur amerikalı müğənni Beyonce və həyat yoldaşı Jay-Z boşanma mərhələsində olması barədə xəbərlər yayılıb. Son iki ildə məhşur cütlüyün ailə həyatı cəmiyyətin müzakirə mövzüsuna çevrilib. Onların həyatında baş verən sevgi macəraları, ailə daxilində olan qalmaqallar bunu əyani olaraq sübut edir.

Lakin cütlük hər dəfə bu məlumatların şayiə olduğunu sübut etmək üçün isə bir-birilərinə səhnədən sevgi etirafları edir, birgə istirahət şəkillərini paylaşırlar.

Onların azyaşlı qızı var.






Fikirlər