“XATİRƏ mənim verilişimə çıxandan sonra ƏRƏ GETDİ...”

Xəbər verdiyimiz kimi aparıcı İlham Mirzəyevin ad günü olub.

AzerTaym.az axşam.az-a istinadən xəbər verir ki, məclisdə iştirak edənlər arasında Xatirə İslam da yer alıb. İlham Mirzəyev mikrafonu əlinə alaraq Xatirəylə bağlı maraqlı açıqlama verib.

O bildirib ki, İslam onun verilişindən sonra ərə gedib:

"Sizə maraqlı bir sirr açacam. Bunu heç kim bilmirdi. Verilişim Xatirəyə düşərli oldu. Ərə getməyinə səbəb oldu. Mənim verilişimə çıxdığı üçün ərə getdi".

Onun bu sözlərinə Xatirə "Sənin verilişində olmadı. Həmin oğlanla alınmadı, başqa oğlan gəldi. Onunla evləndim" cavabını verib.

Daha sonra isə İlham Xatirəyə deyib ki, "Sağ əlini Mətanət Əsədovanın başına çək, o da ərə getsin". Xatirə də sağ əlini Mətanətin başına çəkib.






Fikirlər