Azərbaycanlı aparıcı efirdə ağlayıb studiyanı tərk etdi (VİDEO)

Azərbaycanlı aparıcı efirdə ağlayıb studiyanı tərk etdi

ARB TV-nin “Səhər-Səhər” proqramında gözlənilməz hadisə baş verib.

"AzerTaym.az" milli.az-a istinadən xəbər verir ki, aparıcı Gülarə Ağazadə ona tapşırılan işin öhdəsinən gələ bilmədiyi üçün göz yaşlarına hakim ola bilməyib. Buna səbəb isə aparıcının bişirdiyi torta lazımı məlumatlardan birinin qatılmaması və tortun dadsız çıxması olub.

Proqramın digər aparıcıları Elgiz Əkbər və Əli Mirəliyev onu təsəlli edərək və sakitləşdiriblər.

Studiyanı tərk edən aparıcı, daha sonra özünə gələrək yenidən efirə davam edib.

Qeyd edək ki, “Səhər-səhər” proqramı həftə içi 5 gün saat 10:00-da yayımlanır.

 






Fikirlər