İsrailli rəqqasə BRİLLİANT Dadaşovaya görə Bakıya gəldi - video+FOTOLAR

İsrailli rəqqasə Brilliant Dadaşovaya görə Bakıya gəldi - video+fotolarİsrailin məşhur oriental rəqqasəsi Anjela Ruhina Bakıya gəlib. 


Bu haqda Axşam.az-a açıqlamasında aparıcı Zemfira Adıgözəlova deyib. O, Anjelanın Novruz bayramını burada keçirəcəyini və xalq artisti Brilliant Dadaşova ilə tanış olmağı arzuladığını bildirib:

“Anjela Brilliant Dadaşovanın “Vokaliz”inə rəqs hazırlayıb və onunla dünyanın bir çox festivalını gəzib. Bakıya gəlişinin əsas səbəblərindən biri də Brilliant xanımla tanış olmaqdır. Hazırda danışıqlar aparırıq. Alınsa, verilişlərin birində qonaq olacaqlar. Rəqqasə eyni zamanda burada iki özəl tədbirə qatılacaq”.

Z.Adıgözəlova Anjelanın 4 yaşına qədər Azərbaycanda yaşadığını deyib:

“Anjelanı bayram ərəfəsi dəvət etdim ki, bizim adət-ənələrimizi görsün. Amma öyrəndim ki, sən demə, Anjela bütün şirniyyatlarımızı, adətlərimizi bilir. 4 yaşına qədər Bakıda yaşayıb. Buradan İsrailə köçsələr də, paxlava, şəkərbura bişirirlərmiş”.





 

 






Fikirlər