Sosial şəbəkələrdən istifadə edənlərin sayı durmadan artmaqdadır. Lakin sosial şəbəkələr düşündüyünüz qədər məsum, ya da sadə deyil. Bu səbəbdən nələr bölüşdüyünüzə, ya da nə yazdığınıza diqqət etmək sizin üçün faydalı olar.
AzerTaym.az sosial şəbəkədə yazılması düzgün olmayan 5 məsələni göstərir.
1. İşləyirsinizisə iş yeriniz və ya iş yoldaşlarınız haqqında , oxuyursunuzsa müəllimləriniz və qrup yoldaşlarınız haqqında paylaşma etməyin. Təkcə bu deyil, "çox darıxdım, ya da heç işləmək istəmirəm" kimi paylaşımlar pis işləyən obrazı qeyd etməyinizə səbəb ola bilər.
2. Çox məlumat bölüşməyin. Ancaq şəxsi həyatınızla sosial şəbəkə arasındakı həddi qorumaq lazımdır. Kiminlə, harda, nə yaşadığınızı, nə hiss etdiyinizi hər zaman bölüşmək doğru deyil. Bəzi şeylər sizə və yaxınlarınıza şəxsi qalmalıdır.
3. Siyasət, din, irq kimi çox mübahisəli məsələlərdən bacardığınız qədər uzaq durun. Həm karyeranız, həm də ətrafınız üçün ən etibarlısı budur. Daim bu cür paylaşımlar etmək, ya da belə mübahisələrdə iştirak etmək sizin statusunuzu müəyyənləşdirə bilər.
4. Dostlarınızla əylənməyə çıxdıqda paylaşma edirsiz, ya da məkan göstərdiyiniz fotolara diqqət edin. Təbii ki, əyləncələrinizi bölüşmək gözəldir, amma sərxoş olduğunuz çox görünən fotoları qoymaq sizin üçün yaxşı nəticələnməyə bilər.
5. Sırf əyləncə ya da zarafat da olsa qanuni olmayan şeylər yazmayın və paylaşmayın. Bu yazılar başınıza bəla ola bilər.