02.05.2014. - Zakir Həsənov qırıcıları qaldırdı

02.05.2014. - Zakir Həsənov qırıcıları qaldırdı
02.05.2014. - Zakir Həsənov qırıcıları qaldırdı









Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2014-cü ilin döyüş hazırlığı planına əsasən Müdafiə Nazirliyinin Baş Hərbi İnspeksiyası tərəfindən mayın 1-də Hərbi Hava Qüvvələrinin uçuş hazırlığı yoxlanılıb.

"AzerTaym.az" Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən bildirir ki, döyüş hazırlıq səviyyəsinin yoxlanılması məqsədilə aviasiya poliqonunda SU-25 tipli döyüş təyyarələrinin tətbiqi üzrə çalışmalar yerinə yetirilib. Təlim-məşq uçuşlarında müxtəlif aviasiya silahlarından yerüstü hədəflərə atəş açılıb.

Döyüş tətbiqi üzrə qiymətləndirmə metodikasına uyğun olaraq, təlimlərdə iştirak edən uçuş heyətinin hazırlığı, praktiki fəaliyyəti və peşəkarlıq səviyyəsi yüksək qiymətləndirilib.


02.05.2014. - Zakir Həsənov qırıcıları qaldırdı






Fikirlər