30.06.2014.- Leyla Yunus ittihamı təkzib etdi - ÖZƏL

30.06.2014.- Leyla Yunus ittihamı təkzib etdi - ÖZƏL "Həmin gün, ümumiyyətlə, heç bir otelə ayağım dəyməyib".

Məlumatlara görə, iyunun 27-də Bakı şəhərindəki otellərin birində erməni deputatların iştirakı ilə tədbir keçirilib.
Adı dəvətlilər siyahısında olmadığı halda tədbirə hüquq müdafiəçisi Leyla Yunus da gəlib. Mənbəmizin verdiyi məlumata görə, tədbirə gələrkən Leyla Yunusun əlində bir qovluq olub, ancaq hüquq müdafiəçisi məkanı əliboş tərk edib. Mənbəmizin iddiasına görə, Leyla Yunus erməni deputatlara hansısa dosyelər ötürüb.

Məsələyə aydınlıq gətirmək üçün hüquq müdafiəçisi Leyla Yunusla əlaqə saxladıq. Leyla Yunus deyilənləri yalan adlandırdı: "Mən o təbirdə olmamışam. Həmin gün, ümumiyyətlə, heç bir otelə ayağım dəyməyib".

Qeyd edək ki, Leyla Yunus aprelin 28-də ölkədən çıxarkən hava limanında polis tərəfindən saxlanılaraq, evində axtarış aparılmışdı. Hazırda dövlətə xəyanət ittihamı ilə həbsdə olan "Ayna-Zerkalo" qəzetinin əməkdaşı Rauf Mirqədirov Leyla Yunusun rəhbərlik etdiyi Sülh və Demokratiya İnstitutunun xətti ilə Ermənistanın qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq layihələrinin iştirakçısı olub.


"AzerTaym.az"






Fikirlər