Ermənilər əslində qorxurlar ki, Rusiya birdən onları satar — Politoloq RƏYİ

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan mayın 3-də Rusiyaya səfər edəcək.

Səfər zamanı Putinlə Ərdoğan arasında Dağlıq Qarabağ problemi iə bağlı da danışıqların gedəcəyi deyilir. Erməni tərəfi Türkiyə-Rusiya yaxınlaşmasından narahatdır. Belə ki, ermənilər Türkiyə-Rusiya yaxınlaşmasının sonda Dağlıq Qarabağın Azərbaycana qaytarılması ilə nəticələnəcəyini iddia edirlər.

Erməni tarixçi Gevork Yazıçyan bildirib ki, Türkiyə və Rusiya maraqlarının üst-üstə düşəcəyi təqdirdə Ermənistanı Qarabağ ətrafındakı torpaqları qaytarmağa məcbur edəcəklər.

Rusiya Türkiyə münasibətlərində Dağlıq Qarabağın yeri və Gevork Yazıçyanın fikirinə politoloq Zərdüşt Əlizadə "Ölkə.Az"da münasibət bildirib:

"Gevork Yazıçyanın sözləri çox məntiqsizdir. Rusiya-Türkiyə münasibətlərində Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ amili mühüm rol oynamır. Rusiya-Türkiyə münasibətlərində Rusiya daim Türkiyəyə təzyiq göstərməsi üçün Ermənistan amilini saxlayır, ancaq iki dövlət arasındakı münasibətlərdə Azərbaycan amili yoxdur.

Qarabağ problemi Rusiyanın tam inhisarındadır. Özlərindən asılı olan Ermənistan və Azərbaycan rəhbərliyi vasitəsi ilə bölgəni itaətdə saxlayırlar. Rusiya heç kəsi bu uğurlu layihəyə yaxın buraxmır. Rusiya Dağlıq Qarabağ məsələsinə ABŞ-ı, Fransanı, Almaniyanı yaxın buraxmır, o ki qaldı Türkiyə olsun. Rusiya Türkiyə arasındakı münasibət iqtisadi, siyasi məsələlərdir.

Ermənistan o qədər zəlil vəziyyətdədir ki, özləri əllərində heç bir vasitənin olmadığını başa düşürlər. Ermənistan demək olar ki, hər şeyini-ordusunu, sərhədini, iqtisadiyyatını Rusiyaya verib. Ermənilər əslində qorxurlar ki, Rusiya birdən onları satar. Ruslar tarixən ermənilərə çox vəd veriblər, şirnikləndiriblər, istifadə ediblər, ancaq verdikləri vədə əməl etməyiblər.

İndiki halda Dağlıq Qarabağ münaqişəsi Rusiyanın beynəlxalq kapitalının mühüm bir hissəsidir və onu heç kəsə vermək fikrində deyil".






Fikirlər

Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəngin seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoylerin yerləşdirməsi