Putinin Qarabağı qaytarmaq planının İNANILMAZ SİRRİ

Putinin Qarabağı qaytarmaq planının İNANILMAZ SİRRİ 

Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı təklif etdiyi “Kazan düsturu” planının sirri ortaya çıxıb.

Publika.az xəbər verir ki, Ermənistanın “lragir” saytı Moskvanın münaqişəni həll edərək bölgə ölkələrinin dəmir yolları şəbəkəsini birləşdirməyi planlaşdırdığını yazıb.
“Ermənistanda dəmiryolları şəbəkəsinə nəzarət Rusiyaya verilib. Rusiya Ermənistan, Türkiyə və Azərbaycanda da daxil olmaqla bölgənin dəmiryolları şəbəkəsini birləşdirməyi düşünür. Ehtimal ki, Moskva “Kazan düsturu” ilə Qarabağ münaqişəsini həll edərək, bunu reallaşdırmaq istəyib. Yəni, münaqişə həll olunmalı, Türkiyə və Azərbaycanla Ermənistanın münasibətləri düzəlməli, bundan sonra lazımı addımlar atılmalıdır. Rusiya xarici işlər naziri Sergey Lavrov da oktyabrın 14-də İrəvanda bildirdi ki, Türkiyə ilə sərhədlərin açılması Dağlıq Qarabağ münaqişəsinin həllindən keçir”, - deyə sayt yazıb.
Qeyd edək ki, “Kazan düsturu” 2010-cu ildə həmin vaxt Rusiyanın prezidenti olan Dmitri Medvedyevin təşəbbüsü ilə keçirilən prezidentlərin Kazan görüşündən sonra gündəmə gəlib. Bu plana görə, Qarabağ ətrafı rayonlar Azərbaycana qaytarılır, qaçqınlar qayıdır, daha sonra Dağlıq Qarabağın müvəqqəti statusu müəyyən olunur. Bölgəyə sülhməramlılar yerləşdirilir. Ən sonda Qarabağın yekun statusu məsələsi həll olunur.






Fikirlər