QARABAĞ Komitəsinin piketinə də İCAZƏ VERİLMƏDİ

Image result for qarabağ mitinqi

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Qarabağ Komitəsinin piket keçirmək müraciətini rədd edib.

Yenicag.az xəbər verir ki, bu barədə məlumatı Qarabağ Komitəsinin üzvü Pənah Hüseyn özünün “Facebook” səhifəsində yayımlayıb.

Qeyd edək ki, Qarabağ Komitəsi noyabrın 8-də ATƏT-in Minsk qrupuna həmsədr ölkələrin Bakıdakı səfirlikləri qarşısında piket keçirilməsinə icazə verilməsi üçün BŞİH-ə müraciət etmişdi.

BŞİH Qarabağ Komitəsinin noyabrın 24-də mitinq keçirmək müraciətinə də mənfi cavab verib.






Fikirlər