Lavrov VƏ Çavuşoğlu Bakıda GÖRÜŞ KEÇİRİR

Rusiya və Türkiyənin xarici işlər nazirləri Sergey Lavrov və Mövlud Çavuşoğlu arasında görüş keçirilir.

Görüş Azərbaycanın sədrliyi ilə Bakıda keçirilən Bakıda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Xarici İşlər Nazirləri Şurasının 39-cu iclası çərçivəsində baş tutur.

Nazirlər danışıqları bağlı qapı arxasında davam etməyə qərar veriblər.

Qeyd edək ki, bu gün Azərbaycanın sədrliyi çərçivəsində Bakıda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Xarici İşlər Nazirləri Şurasının 39-cu iclası işə başlayıb.

İclasda təşkilata üzv ölkələrin yüksək səviyyəli rəsmilərinin rəhbərlik etdiyi nümayəndə heyətləri iştirak edirlər.






Fikirlər