TÜRKİYƏNİN HƏDƏFİ ÖZ DÖYÜŞ TƏYYARƏLƏRİNİ YARATMAQDI – “Ya F-35-ləri alacaq, ya da…”

 

su

Yeditepe Universitetinin müəllimi, professor, doktor Mesut Hakkı Çaşin Türkiyənin əsas məqsədinin təyyarə alqısı olmadığını vurğulayaraq, qeyd edib: “Türkiyənin əsas strateji hədəfi ölkənin TF-X döyüş təyyarəsini yaratmaqdır. F-35 sıradakı 10-15 ilə aralıq tələbatı üçün gərəkdir”.

Prezident Ərdoğan Moskvaya rəsmi səfərin gedişində beşinci nəsil Su-57 qırıcılarına göz gəzdirib. Lakin Su-57 F-35-ə alternativ ola bilərmi?

“Akşam.com.tr”-dan Ezgi Aşıkla söhbətləşən Mesut Hakkı Çaşin maraqlı ayrıntılara diqqət yetirib.

Çaşinin sözlərinə görə, Türkiyənin həm ticarət, həm də beynəlxalq hüquq baxımından F-35 təyyarələrinə ciddi hüquqları var. Çaşin deyib: “Türkiyə istehsalçılardan biri, bu aviasiya sisteminin, təxminən, 7%-i istehsal edən tərəfdaşdır”.

“Ərdoğan və Putin bir-birilə qalan bütün liderlərdən daha çox görüşürlər”

Mesut Hakkı Çaşin qeyd edib ki, Türkiyənin ABŞ-la qurduğu münasibətlər Rusiya ilə qurduğu münasibətlərdən seçilir.“Birincisi, Türkiyə NATO-nun üzvüdürBizim Rusiya ilə münasibətlərimiz iqtisadiyyat, müdafiə sənayesi, energetika və turizm kimi sahələrdə inkişaf edir. Ərdoğan və Putin indiki anda bir-birilə qalan bütün liderlərdən daha çox görüşürlər. Ərdoğanın Rusiyada bu qədər dəyərli aviasiya sərgisinə qatılmağı çox önəmlidir, Rusiya prezidenti də ən yaxın zamanda Türkiyəyə gələcək”.

“Türkiyənin F-35-ə ciddi hüquqları var”

Çaşin qeyd edib – ABŞ F-35-i Türkiyəyə verməsə, Türkiyə təyyarələr üzrə alternativ qərar alar: “Bu, çox önəmli hadisə olacaq Türkiyə NATO-nun üzvüdür və 60 il boyunca Amerikanın aviasiya sistemlərini işlədir. Burada nəzərə alınmaması mümkün olmayan iki məqam var. Hər şeydən əvvəl, Türkiyə istehsalçı tərəfdaşlardan biridir və bu silah sisteminin, haradasa, 7%-i düzəldir. Və Türkiyənin həm ticarət, həm də beynəlxalq hüquq baxımından bu təyyarələrə çox ciddi hüquqları var. Bu təyyarələr üçün olduqca mühüm raketlər də Türkiyədə düzəldilir”.

Çaşin Rusiyanın göndərdiyi S-400 raketlərinin ABŞ-ın gizli məlumatlarının sızmasına səbəb olmayacağını təsdiqləyərək qeyd edib: “Bu təyyarələr artıq indiki anda şimala, Norveç sərhədinə göndərilib. Böyük Britaniya da, İsrail də bu təyyarələri Kiprin cənubu üzərindən həm Suriyaya, həm də İrana qarşı bəzi gizli əməliyyatlarda istifadə edir. Bildiyimiz kimi, həm orada, həm də burada S-400-ün radiolokasiya sistemləri işləyir. Gəlin, unutmayaq ki, əslində, heç bir təyyarə radarlar üçün tam görünməz ola bilməz. Çin hakerləri bu təyyarələr üzrə məlumatların oğurladıqlarını bildiriblər, bu, mühüm, məxfi məlumatdır”.

“Strateji hədəf – ölkənin döyüş təyyarəsini yaratmaqdır”

Çaşin diqqəti bu fakta yönəldib ki, Türkiyənin əsas hədəfi yeni təyyarlər almaq deyil. Ekspert yekun vurub: “Türkiyənin əsas strateji hədəfi ölkənin TF-X döyüş təyyarələrini yaratmaqdır. F-35-lər sıradakı 10-15 ilə aralıq tələbatı üçün gərərkdir. Bizdə silahlanmada duran “Fantom” təyyarələrinin 60, F-16-ların 30 yaşı var və onların vaxtı bitib. Təyyarələr kəskin əməliyyat zərurəti üzündən alınacaq, buna görə də F-35-lərin tədarükü, ya da Su-57-lərin birgə istehsalı ehtimalı var. Türkiyə bütün şahmat gedişlərini yaxşı başa düşür”.

Akşam(Türkiyə)
03.09.2019
Tərcümə Strateq.az-ındır.






Fikirlər