İqbal Ağazadə Naximov küçəsində daha bir görüş keçirdi - FOTOLAR

İqbal Ağazadə Naximov küçəsində daha bir görüş keçirdi -FOTOLAR

35 saylı Xətai üçüncü seçki dairəsindən deputatlığa namizəd, Ümid Partiyasının sədri İqbal Ağazadə bir daha Naximov küçəsindəki seçicilərlə görüşüb.

"AzerTaym.az" bildirir ki, yüzlərlə seçicinin qatıldığı görüşdə çıxış edən İ. Ağazadə ölkə və məhəlli problemlərdən danışaraq hər bir məsələnin həll olunmasının vacibliyini vurğulayıb: "Biz istəyirik ki, Azərbaycan insanı normal yaşasın, soyuducusunu açanda utanmasın, övladını məktəbə ürəklə yola salsın, xəstələnməsin, xəstələndiyi halda ödənişsiz müayinə oluna bilsin".

Deputatlığa namizəd seçicilər qarşısında son günlər dairədə baş verənlərə də münasib bildirib:"Azərbaycan Parlamentində xalqın sözünü deyən adam olmalıdlr, nəinki hər göstərişə boyun əyən, "ləbbeyk" deyən biri".

Sonda İ. Ağazadə seçicilərin suallarını cavablandırıb. Seçicilər çıxış edərək bildiriblər ki, mütləq seçkiyə gəlib ona səs verəcəklər.

İqbal Ağazadə Naximov küçəsində daha bir görüş keçirdi -FOTOLARİqbal Ağazadə Naximov küçəsində daha bir görüş keçirdi -FOTOLARİqbal Ağazadə Naximov küçəsində daha bir görüş keçirdi -FOTOLAR 






Fikirlər