YAP bu rayon sədrlərini vəzifədən uzaqlaşdıracaq - SİYAHI

YAP bu rayon sədrlərini vəzifədən uzaqlaşdıracaq - SİYAHI

Yeni Azərbaycan Partiyasında kadr islahatları davam edir.

  Yenilənmə prosesi YAP-ın mərkəzi aparatı ilə yanaşı, rayon təşkilatlarında da aparılacaq. Belə ki, Nərimanov rayon təşkilatının sədri 61 yaşlı  Təmraz Tağıyev,  Səbail rayon təşkilatının sədri 71 yaşlı Şəmsəddin Hacıyev,  Xətai rayon təşkilatının sədri 76 yaşlı  Hüseynbala Mirələmov, Yasamal rayon təşkilatının sədri 73 yaşlı Tağı Əhmədov, Binəqədi rayon təşkilatının sədri 67 yaşlı Ramiz Göyüşov, Xəzər rayon təşkilatının sədri 60 yaşlı Namiq Əhmədov və Abşeron rayon təşkilatının sədri 70 yaşlı Bilman Vəliyev tutduqları vəzifədən uzaqlaşdırılacaq.

Qeyd edək ki, Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov məhbusluq həyatı da yaşayıb.

Xatırladaq ki, martın 5-də YAP-ın VII qurultayı keçirilib. /Unikal.org






Fikirlər