Bayden Ukraynada olarkən Rusiya inanılmaz bir addım atıb

ABŞ Prezidenti Cozef Bayden Ukraynada səfərdə olan zaman Rusiya “Sarmat” qitələrarası ballistik raketinin sınağını keçirib.

Globalinfo.az xəbər verir ki, bu məlumatı CNN öz mənbələrinə istinadən yayıb.

Məlumata görə, Rusiya öncədən raketin buraxılışı haqqında ABŞ-ı xəbərdar edib.

Televiziya Rusiyanın raket sınağının uğursuzluğa düçar olduğunu bildirib.

Qeyd edək ki, “Sarmat” Rusiyanın ən güclü raketi sayılır. Qərbdə onu “Satana II” adlandırırlar. Raketin 11 min kilometr məsafədə bütün hədəfləri məhv etdiyi, eləcə də bütün hava hücumundan müdafiə sistemlərindən qaçmaq imkanı var.






Fikirlər