SİNAN OĞAN Kemal Kılıçdaroğlu ilə görüşəcək...

Sinan Oğan, Kılıçdaroğlu ile görüştü - Video Havuzu Haberleri

Türkiyə prezidentliyinə namizəd, “ATA İttifaqı”nın üzvü Sinan Oğan CHP sədri Kemal Kılıçdaroğlu ilə görüşəcək. 

 Türkiyə KİV-ləri xəbər verir ki, 2 siyasətçi arasındakı görüş sabah Ankarada gerçəkləşəcək. S.Oğan və K.Kılıçdaroğlunun mayın 28-də keçiriləcək prezident seçkilərinin ikinci turunu müzakirə edəcəkləri bildirilir. CHP sədrinin prezident seçiləcəyi təqdirdə S.Oğana hansı postu təklif edəcəyi də sabah açıqlanacaq. 

Qeyd edək ki, S.Oğan dünən “Gelecek” Partiyasının sədri, “Millər İttifaqı”nın üzvü Ahmet Davutoğlu ilə görüşüb. Tərəflər arasında ilkin razılığın əldə olunduğu güman edilir. 






Fikirlər