Aydın Mirzəzadə doğuşda komaya düşən xəstənin vəziyyətindən yazdı

Mingəçevir Mərkəzi Şəhər Xəstəxanasının baş həkiminin müavini ilə danışan millət vəkili xəstənin vəziyyətinin ümidverici olduğunu deyir Aydın Mirzəzadə doğuşda komaya düşən xəstənin vəziyyətindən yazdı
Millət vəkili Aydın Mirzəzadə Mingəçevir mərkəzi şəhər xəstəxanasında doğuş zamanı ağır vəziyyətə düşmüş xəstənin vəziyyəti haqqında yazıb. Azertaym.az -ın millət vəkilinin "facebook" səhifəsinə istinadən verdiyi xəbərə görə, hazırda xəstənin vəziyyəti ümidvericidir:

"Elə indicə Mingəçevir Mərkəzi Şəhər Xəstəxanasının baş həkiminin müavini ilə danışdım. Doğuş zamanı komaya düşmüş mingəçevirli Ocaqverdiyeva Esmiranın vəziyyəti ilə maraqlandım. Xəstənin vəziyyəti ümidvericidir, intensiv müalicəsi gedir. Bakıdan xüsusi olaraq xəstə üçün gəlmiş reanimatoloq artıq 7 gündür xəstə ilə məşğul olur. Hər gün xəstənin ən yaxın qohumlarına palataya girərək onu görməyə imkan verilir. Allah şəfa versin".






Fikirlər