“Bilirsiz, Zəngəzur yolunun açılmasından sonra dövriyyədə nə qədər ABŞ dolları olacaq...”

“Bilirsiz, Zəngəzur yolunun açılmasından sonra dövriyyədə nə qədər ABŞ dolları olacaq...”

“Bu maraqları təhlil etdikdən sonra, yaxın gələcəkdə  ABŞ-nin Azərbaycana qarşı münasibətinin müsbət olacağını  əvvəlcədən qeyd etmək olar...”
 
“Hazırda Rusiya-Azərbaycan münasibətlərində əsas məsələ  tranzit yollarının, o cümlədən  Zəngəzur yolunun işləməsidir. Bu, Türkiyə-Rusiya münasibətlərinin də iqtisadi əsasını yaradır. Bundan əlavə, tranzit yollarının dollarla işləməsi ABŞ-nin iqtisadi  marağındadır”. 
 
Bunu Moderator.az-a açıqlamasında Zəngəzur yolunun əhəmiyyətindən danışan siyasi analitik Tahir Cəfərli söyləyib.
 
“Təsəvvür edirsinız,  Zəngəzur yolunun açılmasından sonra ABŞ-nin nə qədər dolları  dövriyyədə olacaq və bu, ona nə qədər gəlir gətirəcək?.. Bizlər bilməliyik ki, dünyada gedən bütün proseslərin əsasında iqtisadi maraqlar durur. Bu maraqları təhlil etdikdən sonra, yaxın gələcəkdə  ABŞ-nin Azərbaycana qarşı münasibətinin müsbət olacağını  əvvəlcədən qeyd etmək olar. Yeri gəlmişkən, yadıma bir hadisə düşdü: iki il bundan əvvəl “Nezavisimaya qazeta” və Positsiya. com saytında “Ermənilər Qarabağda qalmayacaq!” adlı məqaləm çıxmışdı. Məqaləni Qarabağın iqtisadiyyatının təhlili əsasında yazmışdım. Bu təhlil bizə əsas verirdi ki, belə nəticəyə gələk. İki il sonra da biz deyən oldu”,- deyə davamında analitik bildirib.
 
Sultan Laçın






Fikirlər