Onlar niyə bir-birinə rəqib oldu?

1 sentyabr VII Çağırış Milli Məclisə keçirləcək seçkilərdə 22 saylı Nəsimi-Yasamal seçki dairəsində REAL Partiyasının sədri İlqar Məmmədov və Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə yarışacaq.

Hər iki siyasi təşkilata hakimiyyətin loyal münasibətini nəzərə alsaq, o zaman onlardan hansının deputat olacağı sual doğurur. 

Onu da qeyd edək ki, Asim Mollazadə artıq bir neçə çağırışdır ki, həmin dairədən deputat olub. 

Bəs görəsən, İlqar Məmmədovun  onun dairəsinə iddia etməsini Mollazadənin özü necə qarşılayıb?

Gununsesi.info ya açıqlamasında Asim Mollazadə deyib ki, İlqar Məmmədovun 22 Saylı Nəsimi-Yasamal seçki dairəsini seçməsinə təbii yanaşır: “Hər kəsin öz seçimi var. Mən hər hansısa bir problem görmürəm. Siyasi təşkilatın seçkidə iştirakı qaçılmazdır. Kim haranı seçirsə, oradan namizəd olmaq hüququdur. 

Özümə gəlincə, bu dairənin sakinlıri ilə 30 ildir ki, birlikdəyik. Mən bu dairədə yaşamışam. Hər kəsi yaxşı tanıyıram, sakinlərin problemlərini birgə həll etməyə çalışmışıq. Ona görə də mən öz qələbəmə şübhə etmirəm”.






Fikirlər