19.02.2014. - Qulu Məhərrəmli Lider TV-dəki dəyişikliklərdən danışd

19.02.2014. -  Qulu Məhərrəmli Lider TV-dəki dəyişikliklərdən danışd Xəbər verdiyimiz kimi, Lider TV-də ciddi dəyişikliklər aparılıb.

Aparılan islahatlar nəticəsində telekanalda yayımlanan şou verilişləri ləğv olunub və onların yaradıcı heyəti işdən azad edilib. Belə ki, rəhbərliyin qərarına əsasən, telekanalda yayımlanan "Ekstrasens", "Pərdə", "Rəngarəng", "Qızıl Pillə", "Bəyəndim" kimi şou xarakterli verilişlər ləğv edilib.

Məsələ ilə bağlı televiziya eksperti, filologiya elmlər doktoru, professor Qulu Məhərrəmli münasibətini belə bildirib.

O, qeyd edib ki, televiziyanın anidən belə radikal addım atması düzgün deyil: "Düşünürəm ki, "Lider" Televiziyasının anidən belə radikal qərar verməsi və şou verilişlərini minimuma endirməsi düzgün deyil.Çünki, tamaşaçı "Lider" televiziyasını daha çox şou xəbərləri yayan televiziya kimi qəbul edib. Əminəm ki, öz tamaşaçı auditoriyasını itirən Azərbaycan televiziyası belə dəyişiklərlə də həmin insanları geri qaytara bilməyəcək.”

Qeyd edək ki, "Lider" televiziyası mart ayının 1-dən etibarən yeni formatda fəaliyyət göstərəcək.






Fikirlər