İLHAM ƏLİYEV icra başçısı təyin etdi

 

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Aqil Nəzərlinin Laçın Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında sərəncam imzalayıb.

 AzerTaym.az xəbər verir ki, sərəncama əsasən, Aqil Ağaxan oğlu Nəzərli Laçın Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

 Qeyd edək ki, Akif Səlimov vəzifədən azad edildikdən sonra Aqil Nəzərli Laçın rayon icra başçısı vəzifəsini icra edirdi.

 






Fikirlər