Bu dövlətlər 20 il ərzində məhv olacaq– Sensasiya

Похожее изображение 

 

Moderator.az dünyanın bir neçə siyasi beyin mərkəzlərinin tərtib etdiyi və “The Guardian”, “The Times” kimi nüfuzlu mətbu orqanların da yer ayırdığı araşdırmadan müəyyən parçaları təqdim edir. Burada qarşıdakı 20 il ərzində məhv olma ehtimalı ilə fərqlənən dövlətlərin beşliyi ilə tanış olaq:

Şimali Koreya- Dünyanın “gizli qutu” adlandırdığı ən qapalı dövlətinin nə zamansa  dağılacağı ehtimalları böyükdür. Uzun illərdir ki, diktator rejimi ilə idarə olunan ölkə sənaye və texnoloji inkişaf baxımından dünyanın əksər ölkələrindən geri qalır. XXI əsrin tələblərinə qətiyyən cavab verməyən ölkənin əsas dayağı kənd təsərrüfatıdır. Lakin insan istismarı nəticəsində kənd təsərrüfatından əldə edilən gəlir əsasən, hərbi sahəyə və nüvə, hidrogen bombalarının istehsalına yatırılır.  Kim Yonq un rejiminin dünya ölkələrinə qoyduğu embarqo aradan qalxsa, Şimali Koreyanın vəziyyəti nisbətən sabitləşə bilər. Gənc diktator ölkəni daha qapalı rejimlə idarə etməklə sonu bir az da yaxınlaşdırır. 
İraq- Səddam Hüseynin, xarici qüvvələrin çökdürdüyü İraq özünə gəlməmiş daha bir faciə ilə üzləşdi-İŞID. Bir zamanların neft səltənəti olan ölkə təəssüflər ki, son on ildə qan çanağına dönüb. Əsasən də, xüsusi edam “fantaziyaları ilə seçilən qondarma İŞİD dövləti ilə mübarizə müstəqil İraq dövlətinin gücünü tükətməkdədir. ABŞ işğalından sonra ölkə dayanmadan parçalanmaqdadır. Bir zamanlar orta əsr Şərqinin elm və mədəniyyət mərkəzi olan dövləti hazırda 3 fərqli qüvvə idarə edir. 
Liviya- ərəb ölkəsi eynilə İraqın aqibətini yaşamaqdadır. 1951-ci ilə qədər İtaliyanın müstəmləkəsi olan Liviya  hərbi qiyamdan sonra diktator Qəddafinin hakimiyyəti altında keçdi. O, ölkəni 2011-ci ilə qədər idarə etdi. Vətəndaş qiyamı nəticəsində mövcud rejim məhv edildi. Ələ keçirilən Qəddafi əsgərlər tərəfindən öldürüldü. Lakin mövcud rejimi məhv edənə qədər ölkənin iqtisadiyyatına ciddi zərbə dəydi. Liviya bu gün də həmin zərbənin fəsadlarını yaşayır. Ölkədəki ara-sıra baş verən vətəndaş qarşıdurması da bu səbəbdən artmaqdadır. Bu isə Liviyanın taleyini sual altında qoyur.
Böyük Britaniya- Bir müddət əvvəl Avropa Birliyi sıralarından çıxması, Şotlandiyanın müstəqillik iddiaları Böyük Britaniya krallığında yeni eranın başlanğıcını qoydu. Krallığın tərkibində olan Uels, Şimali İrlandiya da müstəqillik çapalarına başlayıblar. Əgər bu proses uzun müddət davam etsə və məntiqi sonluqla yekunlaşsa, bu, Böyük Britaniya krallığının sonu ola bilər.
İspaniya- Siyahıda İspaniyanın adını görmək bəlkə də, hamımızı çox təəccübləndirdi. Amma İspaniya maraqla izlədiyimiz “Real Madrid” və  “Barselona” klublarının hegemonluğundan ibarət deyil. Ölkədə uzun müddət davam edən, bəzi siyasi məsələlər İspaniyanı get-gedə iqtisadi uçuruma aparır. 2008-ci ildən bu yana İspaniyanın xarici borcları 94 faiz artıb. Son iki ildə isə işsizliyin səviyyəsi 25 faiz artıb. Üstəlik, Kataloniya və Basq muxtar vilayətləri uzun illərdi ki, müstəqillikləri uğrunda mübarizə aparırlar. Onların İspaniyanın tərkibindən çıxaraq, müstəqil dövlət olması krallığın sonunu gətirə bilər.

 






Fikirlər