Forbes ən çox qazanan aktyorların adını açıqladı

Amerikalı aktrisa Skarlett Yohansson jurnalın reytinqində birincidir.

Aktrisanın çəkildiyi "Birinci qisasçı: Qarşıdurma” filmi kassa gəlirlərinə görə rekord qırmağı bacarıb - 1,2 milyard dollar gəlir.

Siyahının ikincisi isə Skarlettin filmdəki həmkarı Robert Dauni-kiçikdir. O, "Qisasçılar” filminə 1.15 milyard dollar gəlir qazandıra bilib. İlk üçlüyü "Suicide squad” filminə 1.1 milyard dollar gəlir qazandıran Marqo Robbi bağlayır.

Həmçinin, siyahıya Emi Adams ($1,04 milyard), Ben Afflek ($1,02 milyard), Rayan Reynolds ($820 milyon), Felisiti Cons ($805 milyon) və Uill Smit ($775 milyon) daxildir.

 






Fikirlər