RAMAZANın 4-cü gününün DUASI, İMSAK vıə İFTAR vaxtı...

Related image

Sabah müqəddəs Ramazan ayının dördüncü günüdür.

 "AzerTaym.az" bildirir ki, QMİ-nin açıqladığı Ramazan təqviminə əsasən, dördüncü gün üçün imsak vaxtı saat 03:37-də, iftar vaxtı isə 20:10-dadır.

İmsak duası:

"Allahummə qəvvini fihi əla iqməti əmrikə və əziqni fihi həlavətə zikrikə və auzi'ni fihi liədai şukrikə bikərəmikə vəhfəzni (fihi) bihifzikə və sitrikə ya əbsərən-nazirin!".

 Tərcüməsi: "Allahım, mənə bu ayda Sənin əmrlərini yerinə yetirməkdə qüvvət ver; mənə bu ayda zikrinin şirinliyini dadızdır, şükrünü yerinə yetirməyi mənə ilham et; kərəminə and verirəm, məni bu ayda öz nəzarət və örtüyünlə qoru, ey görənlərin ən bəsirətlisi!".

 İftar duası:

"Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli".

Tərcüməsi: "İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!".

 

 

 






Fikirlər