İMSAKdan ən az 40 dəqiqə sonra YATMAQ LAZIMdır

Ramazan ayının ikinci gününün duası -İmsak və iftar vaxtı Yeni Sabah

Müsəlman aləmi üçün müqəddəs sayılan Ramazan ayı bu il bir qədər çətin dövrə təsadüf edib. Dünyanın koronavirus pandemiyası ilə mübarizə apardığı bir zamanda müsəlmanlar həm də nəfsləri ilə mübarizədədir. Odur ki, bu dəfə onların üzərinə daha böyük vəzifə düşür: həm mənəvi və həm də fiziki olaraq sağlam qala bilmək.

AzerTaym.az" qafqazinfo-ya istinadən Ramazan ayında özünüzü daha gümrah hiss etməyiniz üçün din xadimləri və tibb işçilərinin məsləhətləri əsasında hazırlanmış məqaləni təqdim edir:

Builki Ramazan təqviminə nəzər saldıqda görə bilərik ki, imsak-iftar arası zaman ölkəmiz üçün ötən ilə nisbətən daha qısa, təqribən 16 saatdır. Bundan başqa, havaların nisbətən sərin keçməsi də oruc tutanların işini bir qədər rahatlaşdırır. Digər bir tərəfdən də oruc tutub gündəlik ağır iş rejimində çalışan şəxslər də karantin müddətində evdə olduqları üçün bu zamanı daha rahat keçirə bilirlər.

Bəs bu uzun saatları sağlam şəkildə keçirmək üçün nələrə diqqət etmək önəmlidir?

Ramazan ayında gün ərzində aclıq problemi olanlar lifli qidalardan istifadə edərək mədənin boşalma müddətini uzada bilərlər. Aclığı gecikdirən lobya, noxud, mərci, bulğur kimi qidaları qəbul etməsi, bol yağlı, duzlu, ağır yeməklər ilə xəmir xörəklərindən uzaq durmaları tövsiyə edilir.

Bundan başqa, moruq, paxlalı bitkilər, partlamış qarğıdalı, portağal, badam, yulaf tərkibi liflə zəngin olan əsas qidalardır.Həmin məhsulların ikinci xüsusiyyəti insanda uzun müddət ərzində toxluq hissini yaratmasıdır. Bitki çaylarının qəbulu sinir sisteminizi sakitləşdirir.

İdeal imsak süfrəsi necə olmalıdır?

Ramazanda sağlam qidalanmayıb əlavə kilo almaq istəmirsinizsə, imsaka mütləq qalxmaq və bu zaman bəzi nüanslara fikir verilməlidir. İmsakdan ən az 40 dəqiqə sonra yatmaq lazımdır. İmsaka oyandıqdan sonra yuxu problemi yaşayırsınızsa, kivi yeməyiniz məsləhətdir.

Gün ərzində tox qalmaq üçün imsakda daha çox yemək qəbul edilməli olduğunu düşünürsünüzsə, yanılırsınız. Əsasən yüngül qidalara önəm verilməli, bol maye qəbul edilməlidir. İmsakın ən məsləhətli yeməyi yumurtadır. Səhərlər enerji dəyəri yüksək, proteinlə bol qidalar seçilməlidir. Pendir növləri, bir-iki dilim tam taxıllı çörək, 1 ovuç badam, qoz və ya fındıq, bir neçə meyvəni rasiona daxil edə bilərsiniz. Bundan başqa, xurma, alma, avakado, tünd şokolad aclıq hissini öldürür. Xüsusilə, xurmadan istifadə gün ərzində sizi tox saxlayacaq. İmsakda un məmulatları, ağır şirniyyatlardan uzaq durun.

Bəs ideal itar süfrəsində nələr olmalıdır?

Qan şəkərini tənzimləmək üçün iftara xurma və ya su ilə başlamaq məsləhətdir. Çünki uzun müddət davam edən aclıq bir anda yemək qəbulu ilə ciddi problemlər yarada bilər. İftar zamanı normadan artıq və fasiləsiz qida qəbul etmək ziyanlıdır. Hətta səhərə qədər yeyən insanlar belə var. Bu, həm dini nöqteyi-nəzərdən, həm də tibbi baxımdan düzgün sayılmır. 

İlk yemək kimi şorba, salatın seçilməsi məqsədəuyğundur. Yemək yavaş-yavaş qəbul etməlidir. Şorbadan sonra 10-20 dəqiqə fasilə verərək əsas yeməyə başlamaq olar. Süd məhsulları və qara çörəyə üstünlük verməyiniz həzm sisteminizi yüngülləşdirəcək. Əsas yeməkdə ət, balıq və toyuq məhsullarından istifadə etmək vacibdir.

İçdiyiniz suya limon qatın, bu, susuzluq müddətini artıracaq. Oruc tutan zaman suyun necə və nə vaxt qəbuluçox önəmlidir. İftar və imsaq arasında 2,5-3 litr su içmək tövsiyə olunur. 

Su içmək bağırsaq və böyrəklərin daha yaxşı fəaliyyət göstərməsinə səbəb olur. Ancaq yemək yeyən zaman su içmək həzm sistemini poza bilər. Su yeməkdən 10 dəqiqə əvvəl və ya 1 saat sonra içilməlidir. 

Maye qəbulunda digər bir məsələ isə çay və kofedən nə vaxt istifadə etməkdir. Belə ki, iftardan sonra maye qəbulunu xüsusi diqqət etmək lazımdır. Məsələn, yeməkdən dərhal sonra çay və ya kofe içmək qidalardan alınan vitaminləri öldürür. Bu səbəbdən yemək və çay arasında fasilə vermək, əsasən bitki çaylarına üstünlük vermək tövsiyə olunur. 
Ramazan ayında idman sizə müsbət təsir edəcək

Gün ərzində ac qalıb iftarda tox olana kimi yemək istər-istəməz sizdə köpə səbəb olacaq və sonradan kilo almağa başlayacaqsız. Bu səbəbdən yaxşı olar ki, yeməkdən 1 saat sonra yüngül məşqlər edəsiz. Hazırkı vəziyyətə görə küçəyə çıxıb gəzə bilməsəz də, bina evində yaşayanlar mərtəbələr arası pilləkən qalxıb-enə, həyət evində yaşayanlar isə həyətyanı sahədə gəzişə bilərlər. İmkan daxilində ideal idman növü isə yoqadır. 






Fikirlər