İlham Əliyev yol çəkilişi ilə tanış oldu - Foto+Yenilənib

İlham Əliyev yol çəkilişi ilə tanış oldu

Azərbaycan Prezidenti İlham Əliyev iyulun 29-da Bakı-Şamaxı-Muğanlı-İsmayıllı–Qəbələ avtomobil yolunun 131,5-ci kilometrindən 215-ci kilometrinə qədər olan hissəsinin yenidən qurulması layihəsi ilə tanış olub.

“AzerTaym.az" qafqazinfo-ya istinadən xəbər verir ki, dövlət başçısına layihə üzrə görüləcək işlər barədə məlumat verilib.

***

İlham Əliyev İsmayıllı rayonuna səfəri zamanı xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət edib. Dövlət başçısı Ulu Öndərin abidəsi önünə gül dəstəsi qoyub.

***

İsmayıllı rayonunun Muğanlı-İsmayıllı (30 km)-Təzəkənd-Ağbulaq-Qoşakənd avtomobil yolu (8 km) yenidənqurmadan sonra istifadəyə verilib. İlham Əliyev yolun açılışında iştirak edib.

Tədbir çərçivəsində Qaraməryəm-İsmayıllı-Şəki (27 km)-Quşencə-Zoğallıq avtomobil yolunun da təqdimatı olub.

 






 






Fikirlər