Qəşəm Nəcəfzadədən Kəramət üçün duyğusal status: "Türmə də vətəndir, oğlum, VƏTƏNİ SEV"

Qəşəm Nəcəfzadədən Kəramət üçün duyğusal status: “Türmə də vətəndir, oğlum, vətəni sev”

Azərbaycanın tanınmış şairi Qəşəm Nəcəfzadə dünən günortadan sonra polislər tərəfindən saxlanılan oğlu, gənc yazar Kəramət Böyükçöl üçün Facebook səhifəsində duyğusal bir status yazıb.

"AzerTaym.az" KONKRET.az həmin statusu sizə təqdim edir:

“Nə deyim… Oğlum, sənin üçün hər şey etdim. Amma qoruya bilmədim. Axırıncı zəngində mənə dedin ki, ata, ölümümü yüngül qarşıla. Buna hansı ata dözər? Sonra həbs olundun. Sağlamlığın və təhlükəsizliyin üçün bəlkə də, bunda da bir xeyir var. Türmə də vətəndir, oğlum, vətəni sev. Yolun açıq olsun!”.

Qeyd edək ki, Kəramət Böyükçölün bu gün saxlanılma xəbərindən sonra KONKRET.az şair Qəşəm Nəcəfzadə ilə əlaqə saxlayıb. O, bundan xəbəri olmadığını və Daşkəsəndən Bakıya gəldiyini deyib.

Babək Göyüş           






Fikirlər