Tehranın Bakıya təxribatı bu platformanı məhv etdi – ŞƏRH

“İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Moskvada rusiyalı həmkarı Sergey Lavrovla görüşdən sonra keçirilən mətbuat konfransında deyib ki, Cənubi Qafqazdakı məsələlər “3+3” platforması vasitəsilə həll edilməlidir”.

 Bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.

O bildirib ki, “3+3” platforması Türkiyə və Azərbaycanın layihəsidir:

“Ancaq müharibədən sonrakı müddətdə İranın Azərbaycana qarşı artan təxribatları “3+3” platformasına zərbə vurub. İran Azərbaycanla münasibətləri gərginləşdirməkdə davam edirsə, ikitərəfli dialoq sıfra enibsə, bu iki dövlətin ortaq platformada iştirakının da sıfra enməsi deməkdir. Tehran regional əməkdaşlıqdan danışsa da, “3+3” platformasını dəfn etmək üzrədir.

İranlı nazir deyir ki, bölgənin məsələləri “3+3” platforması çərçivəsində həll etməlidir. Biz Ermənistanla münasibətlərimizi və özümüzə aid Qarabağ məsələlərini niyə İranla birgə həll etməliyik? Tehran xülya ilə məşğuldur”.

Globalinfo.az






Fikirlər