ŞOK XƏBƏRDARLIQ! Dünya müharibəsi HƏR AN başlaya bilər - Nüvə silahları işə düşür...

Rusiya ilə Ukrayna arasında bir ildən artıqdır davam edən müharibə Üçüncü Dünya savaşı narahatlıqlarını artırıb. “Nüvə müharibəsi olmayacaq” və “Dünya yeni dövrdə yeni müharibə görməyəcək” ritorikasını alt-üst edən Ukrayna müharibəsindən sonra saysız-hesabsız ölkə nüvə müharibəsi təhlükəsinə qarşı tədbir görməyə başlayıb. 

Musavat.com xəbər verir ki, Rusiya ilə Qərb arasında uçurumun genişləndiyi bir vaxtda Putinin müttəfiqi Medvedevdən gərginliyi artıran açıqlama gəlib.

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev paytaxt Moskvada qatıldığı konfransda bildirib ki, dünya yəqin ki, yeni müharibənin astanasındadır və nüvə münaqişəsi riskləri artmaqdadır.

O, düşmənlərin Rusiyanı zəif görməməsi lazım olduğunu və “təhdidlərə qarşı nüvə silahından istifadə ehtimalının kifayət qədər yüksək olduğunu” vurğulayıb.

Medvedev nüvə münaqişəsi riskinin iqlim dəyişikliyi ilə bağlı narahatlıqlardan daha ciddi olduğunu bildirib.

"Nüvə silahından istifadə variantı gündən-günə artır. Dünya xəstədir və yəqin ki, yeni bir müharibənin astanasındadır" - o deyib.






Fikirlər