Ərdoğan Avropaya Azərbaycanın əhəmiyyətini xatırlatdı

 


 

 

 

Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunması məsələsində əhəmiyyətli rol oynayır.

 Azərtaym.az “TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə Atlantika Şurası sammitində çıxışı zamanı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib. 

Onun sözlərinə görə, Avropa “Nabucco” kəmərinin çəkilməsini planlaşdırmağa hələ yeni başladığı vaxtda Azərbaycan və Türkiyə Trans Anadolu qaz kəməri (TANAP)layihəsinin reallaşdırılmasına başlayıb. 

O, qeyd edib ki, “Nabucco” layihəsinin realaşmamasına səbəb Avropanın lazımi vəsait ayırmaması olub. 
Ərdoğanın sözlərinə görə, hazırda Türkiyədə TANAP-ın tikintisi davam edir.






Fikirlər